...

Gürcüstan Prezidentinin oğlu iPad-da Ginnesin kitabının yeni rekordunu müəyyən edib

Cəmiyyət Materials 5 İyul 2011 17:01 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin oğlu Edvard iPad-da ingilis əlifbasında sağ əllə yazma sürətinə görə Ginnesin kitabının rekordunu qırıb.
Gürcüstan Prezidentinin oğlu iPad-da Ginnesin kitabının yeni rekordunu müəyyən edib

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin oğlu Edvard iPad-da ingilis əlifbasında sağ əllə yazma sürətinə görə Ginnesin kitabının rekordunu qırıb.

Çərşənbə axşamı xüsusi olaraq Batumiyə gələn Ginnesin rekordlar kitabının nümayəndələri 5,26 saniyəlik yeni rekordu rəsmən qeydə alıblar ki, bu da bundan əvvəl britaniyalı yeniyetmənin nail olduğu rekorddan bir saniyə yarım sürətlidir.

15 yaşlı Saakaşvili özü bildirir ki, o, uzun müddət məşq etməli olmayıb.

Bununla yanaşı, o, gələcəkdə artıq Çin əlifbasından istifadə etməklə rekord vuracağını vəd edib.

Ginnesin rekordlar kitabının nümayəndələri jurnalistlərə bildiriblər ki, Edvard Saakaşvilinin üç cəhdi olub, lakin o, birinci cəhddə rekord vurub.

Xəbər lenti

Xəbər lenti