...

Bakıda yeni "Alov-büllur" fəvvarə kompleksi tikiləcək

Cəmiyyət Materials 13 İyul 2011 12:46 (UTC +04:00)
Bakıda bu ilin sonuna qədər "Alov-büllur" fəvvarə kompleksi istifadəyə veriləcək.
Bakıda yeni "Alov-büllur" fəvvarə kompleksi tikiləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Bakıda bu ilin sonuna qədər "Alov-büllur" fəvvarə kompleksi istifadəyə veriləcək. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Abutalıbov bildirib ki, həmçinin bu ilin sonuna qədər Koroğlu abidəsi və istirahət parkları istifadəyə veriləcək.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı çıxışında "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası çərçivəsində Bakıətrafı qəsəbə və kəndlərdə 2011-ci ilin sonuna qədər daha 480 min kvadratmetr asfalt örtüyünün salınacağını bildirib.

Xəbər lenti

Xəbər lenti