...

Azərbaycanda din sahəsindən yazan jurnalistlərə təlimlər keçiriləcək

Cəmiyyət Materials 13 İyul 2011 14:17 (UTC +04:00)
Azərbaycanda din sahəsindən yazan jurnalistlərin maarifləndirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi təlimlər keçirəcək.
Azərbaycanda din sahəsindən yazan jurnalistlərə təlimlər keçiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycanda din sahəsindən yazan jurnalistlərin maarifləndirilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsi təlimlər keçirəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri din sahəsindən yazan jurnalistlər arasında maarifləndirmənin aparılmasını, onlara təlimlərin keçirilməsini zəruri hesab edir. Bildirib ki, jurnalistlərin dinlə bağlı məlumatlarının az olması dini mövzularda yazı hazırlayarkən problemlər yaradır və bəzən də yanlış məlumatların yayılmasına səbəb olur.

Təlimlərdə jurnalistlərə ruhanilər tərəfindən ayrı-ayrı dini mövzularla bağlı məlumatlar veriləcək, onların sualları cavablandırılacaq.

Xəbər lenti

Xəbər lenti