...

Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələri məlumdur (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 İyul 2011 13:01 (UTC +04:00)
Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri məlumdur.
Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələri məlumdur (ƏLAVƏ OLUNUB)

6-cı abzasdan sonra xüsusi təyinatlı ali məktəblərin I qrupu üzrə sənəd vermiş abituriyentlərin nəticələri əlavə olunub (ilk xəbər saat 12:44-də yayılıb)

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri məlumdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-2012-ci tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.

Polis Akademiyasına keçid balı 435, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 369 bal olub.

Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Adıçəkilən ali təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 3-də keçirilib.

Azərbaycanın xüsusi təyinatlı ali təhsil müəssisələrinin I ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri də artıq məlumdur.

20011-2012-ci tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin "Fövqəladə hallar və həyat təhlükəsizliyi" ixtisasına keçid balı 315, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasına isə keçid balı 250 olub. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasına keçid balı 337 olub.

Müsabiqə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Fövqəladə Hallar Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Adıçəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin akademiyalarına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 10-da keçirilib.

Xəbər lenti

Xəbər lenti