...

Azərbaycanda bu ilin birinci yarısında yol qəzalarının sayı 17 faizdən çox artıb

Cəmiyyət Materials 19 İyul 2011 12:37 (UTC +04:00)
Bu ilin birinci yarısında Azərbaycanda 1364 yol qəzası nəticəsində 433 nəfər həlak olub, 1465 nəfər yaralanıb.
Azərbaycanda bu ilin birinci yarısında yol qəzalarının sayı 17 faizdən çox artıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında Azərbaycanda 1364 yol qəzası nəticəsində 433 nəfər həlak olub, 1465 nəfər yaralanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 204 (17,6%), həlak olanların sayı 36 nəfər (9,1%), yaralananların sayı isə 282 nəfər (23,8%) artıb.

Yol Patrul Xidməti Alayının xidmət ərazisində hesabat dövründə 138 yol qəzası qeydə alınıb, nəticədə 98 nəfər həlak olub, 110 nəfər yaralanıb.

Bakı şəhəri ərazisində bu ilin birinci yarısında baş verən 711 yol nəqliyyat hadisəsi nəticəsində 169 nəfər həlak olub, 774 nəfər yaralanıb.

2010-cu ilin 6 ayı ilə müqayisədə qəzaların, həlak olanların və yaralananların sayı müvafiq olaraq 214 (43,1%), 7 (4,3%) və 313 (67,9%) fakt artıb.

Respublika üzrə qeydə alınmış yol qəzalarının 92,6%-i (1265) sürücülərin yol hərəkət qaydalarını pozmaları, o cümlədən 44,4%-i (607) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,1%-i (315) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8%-i (113) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,7%-i (37) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Qəzaların 40,3%-ni (550) piyadaların vurulması təşkil edib, nəticədə 167 piyada həlak olub, 410-u yaralanıb.

Respublika üzrə qeydə alınmış hadisələr nəticəsində 37 nəfər uşaq və yeniyetmə həlak olub, 105 nəfər yaralanıb.

Həlak olanların 24-ü, yaralananların isə 62-si piyadalardır.

2011-ci ilin 6 ayı ərzində respublika ərazisində 13 nəfərin həlak olması və 68 nəfərin yaranlanması ilə nəticələnmiş 79 yol qəzası bağlı qalıb.

Xəbər lenti

Xəbər lenti