...

Azərbaycanda turizm sahəsində kadr probleminin həllinə aydınlıq gətirilib

Cəmiyyət Materials 20 İyul 2011 10:50 (UTC +04:00)
Azərbaycanda turizm obyektlərinin sayı getdikcə artdığından və turizm sahəsi üzrə kadrlara ehtiyac yarandığından yaxın 5-6 il ərzində Azərbaycan Turizm İnstitutunun (ATİ) məzunlarının iş tapmaq problemi olmayacaq.
Azərbaycanda turizm sahəsində kadr probleminin həllinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm obyektlərinin sayı getdikcə artdığından və turizm sahəsi üzrə kadrlara ehtiyac yarandığından yaxın 5-6 il ərzində Azərbaycan Turizm İnstitutunun (ATİ) məzunlarının iş tapmaq problemi olmayacaq. Bunu çərşənbə günü Trend-ə açıqlamasında ATİ-nin rektoru Cəfər Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycanda turizm sahəsində kadr tələbatının ATİ-nin hesabına ödənilməsi hələki mümkün deyil. Bunun üçün hələ çox illər lazımdır.

"Bu gün ATİ-nin məzunlarının Azərbaycanda turizm sahəsi üzrə kadr tələbatını tam ödəyə bildiyini demək düzgün olmaz. İnstitutun ötən il 74 məzundan ibarət ilk buraxılışı olub. Məzunların əksəriyyəti oğlanlar olduğundan hərbi xidmətə çağırılıblar. Onlar hələ indi hərbi xidmətlərini başa vururlar. Bu il 200 nəfərə yaxın məzunumuz olub. Bu məzunlar təbii ki, əmək bazarında öz yerlərini tutacaqlar. Amma institutun məzunlarının hesabına kadrlara olan tələbatın tam ödənilməsi barədə danışmaq hələ tezdir", - Cəfərov bildirib.

Rektor deyib ki, kadrların hazırlanması üçün qoyulan tələblər kifayət qədər yüksəkdir.

Cəfərov ATİ məzunlarının biliklərinə cavabdeh olduqlarını da söyləyib.

Xəbər lenti

Xəbər lenti