...

Azərbaycanlı qadınların əcnəbilərlə nikahlarının sayı artıb

Cəmiyyət Materials 20 İyul 2011 13:19 (UTC +04:00)
Azərbaycan vətəndaşı olan qadınların əcnəbilərlə nikahlarının sayı 36 fakt artıb.
Azərbaycanlı qadınların əcnəbilərlə nikahlarının sayı artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan vətəndaşı olan qadınların əcnəbilərlə nikahlarının sayı 36 fakt artıb.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Trend-ə bildirib ki, bu ilin 6 ayında Azərbaycan vətəndaşı olan qadınlarla əcnəbilər arasında 640 nikah qeydə alınıb. Onun sözlərinə görə, bu rəqəm ötən il 604 olub.

Xidmət rəisi bildirib ki, bu ilin birinci yarısında Azərbaycanda 39803 nikah bağlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7122 nigah çoxdur.

Bu il qeydə alınan nikahların 792-si əcnəbilərlə bağlanan nikahlardır. Ötən ilin birinci yarısında bu göstərici 773 olub.

Ölkədə qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

Kərimova bildirib ki, bu ilin 6 ayında 5335, ötən ilin müvafiq dövründə isə 4276 nikahın pozulması faktı qeydə alınıb.

Bu il qeydə alınan boşanmaların 19-u, ötən ilin birinci yarısında qeydə alınan boşanmaların isə 41-i əcnəbilərlə olan nikahlardır.

Xidmət rəisi nikaha girən tərəflər arasında nikah müqavilələrinin bağlanması barədə göstəricilərin də aşağı düşdüyünü deyib.

Belə ki, bu ilin 6 ayında qeydə alınan nikahların 28-də tərəflər nikah müqaviləsi bağlayıblar.

Ötən ilin müvafiq dövründə isə 88 nikah müqaviləsi bağlanmışdı.

Xəbər lenti

Xəbər lenti