...

Bakıda tikinti şirkətinin rəhbərinin qətlini Baş Prokurorluq araşdıracaq

Cəmiyyət Materials 27 İyul 2011 10:46 (UTC +04:00)
Bakıda "Azər-Ross" MTK-nın rəhbərinin qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.
Bakıda tikinti şirkətinin rəhbərinin qətlini Baş Prokurorluq araşdıracaq

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Azər-Ross" MTK-nın rəhbərinin qətli ilə bağlı cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib. Bu barədə Trend-ə Bakı şəhər Prokurorluğundan məlumat verilib.

İyulun 11-də saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində bu qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov isə ağır yaralanıb.

Hüquq-mühafizə orqanlarının yaydığı rəsmi məlumata görə, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya Federasiyasının vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib.

Onlar may ayının sonlarında görüşüb qətlin ilkin olaraq 36 min ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar.

Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fəriman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib.

Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayaraq hadisə yerindən qaçıblar.

Əflatun Piriyevi qətlə yetirməkdə ittiham Fəriman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıblar və Bakıya gətiriliblər.

Hadisənin digər 3 iştirakçısı Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.

Xəbər lenti

Xəbər lenti