...

Azərbaycan Təhsil Nazirliyi "Eurovision"la əlaqədar məktəblərdə dərslərin keçirilmə tarixini açıqladı

Cəmiyyət Materials 27 İyul 2011 13:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi "Eurovison-2012" musiqi yarışmasının gələn ilin mayında Bakıda keçirilməsi ilə əlaqədar orta məktəblərdə dərslərin başlanma və qurtarma tarixlərinin dəyişdirilməsi barədə yayılan informasiyalara rəsmi münasibət bildirib.
Azərbaycan Təhsil Nazirliyi "Eurovision"la əlaqədar məktəblərdə dərslərin keçirilmə tarixini açıqladı

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi "Eurovision-2012" musiqi yarışmasının gələn ilin mayında Bakıda keçirilməsi ilə əlaqədar orta məktəblərdə dərslərin başlanma və qurtarma tarixlərinin dəyişdirilməsi barədə yayılan informasiyalara rəsmi münasibət bildirib.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov çərşənbə günü Trend-ə verdiyi açıqlamasında bu məlumatların tamamilə yanlış olduğunu bildirib.

Onun sözlərinə görə, artıq 2011-2012-ci dərs ili üçün tədris planı təsdiq olunub və məktəblərə təqdim edilib. Tədris planına dair qeydlərə də heç bir dəyişiklik edilməyib.

Əhmədov deyib ki, 2011-2012-ci tədris ilində də dərslər ötən illərdə olduğu kimi sentyabrın 15-də başlayacaq və mayın 31-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti