...

Ekologiya Nazirliyi bu il Azərbaycanda 45 min nəfəri təmiz su ilə təmin edib

Cəmiyyət Materials 28 İyul 2011 11:15 (UTC +04:00)
Bu ilin 6 ayı ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və hazırda işlər davam etdirilir.
Ekologiya Nazirliyi bu il Azərbaycanda 45 min nəfəri təmiz su ilə təmin edib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin 6 ayı ərzində əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 min əhalisi olan 29 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və hazırda işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu ilin ilk 6 ayında magistral avtomobil yollarının kənarlarında ümumilikdə 170 hektar sahədə 206 780 ədəd ağac və kol cinsləri əkilib.

Meşələrin artırılması və bərpası istiqamətində 1335 hektar sahədə meşə əkini və səpini, 15893 hektar sahədə xidmət, 13636 hektar sahədə suvarma işləri aparılıb, 14284 kq toxum tədarük edilib, 49,34 hektar sahədə toxum səpilib.

Ətraf mühitin mühafizəsinə nəzarət sahəsində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 1001 akt və 325 protokol tərtib olunub, 469 icrası məcburi olan müddətli "Məcburi göstəriş" verilib, hüquq-mühafizə orqanlarına göndərilmiş 61 işdən 18-nə, məhkəmələrə göndərilmiş 90 işdən 32-nə, məhkəmə icraçılarına göndərilmiş 257 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə, 347 iş üzrə 2 633 098 manat məbləğində cərimə tətbiq edilib, 308 iş üzrə 376 571,78 manat məbləğində iddia qaldırılıb, 2891 iş üzrə 637 684,52 manat məbləğində ödəmə tətbiq edilib. Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna 622 663 manat vəsaitin köçürülməsi təmin edilib. Hazırda ölkəmizdə ümumi sahəsi 880975,6 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 352 akt, 139 protokol tərtib edilib, 76690 manat cərimə tətbiq olunub. 23 iş hüquq-mühafizə orqanlarına, 58 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib. Brakonyerliklə məşğul olan şəxslərdən 66 ədəd ov silahı götürülüb, 56 şəxs barəsində akt və protokol tərtib edilərək 50 600 manat məbləğində cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti