...

Norveçdə terror aktı zamanı itən Gürcüstan vətəndaşının meyiti tapılıb

Cəmiyyət Materials 28 İyul 2011 13:57 (UTC +04:00)
Norveçdə gənclər düşərgəsi iştirakçılarının güllələnməsi zamanı itən Gürcüstan vətəndaşı Tamta Lipartelianinin meyiti gölün dibindən tapılıb.
Norveçdə terror aktı zamanı itən Gürcüstan vətəndaşının meyiti tapılıb

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir N.Kirsxaliya/

Norveçdə gənclər düşərgəsi iştirakçılarının güllələnməsi zamanı itən Gürcüstan vətəndaşı Tamta Lipartelianinin meyiti gölün dibindən tapılıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze bugünkü xüsusi brifinqdə bildirib.

"Bu, bizim hamımız üçün böyük faciədir və XİN həlak olanın ailəsinə başsağlığı verir", - Kalandadze deyib.

Onun sözlərinə görə, qızın kürəyində odlu silah yarası olub.
Kalandadze bildirib ki, Norveç tərəfinin gürcü qızın cəsədinin ən tez bir zamanda vətənə gətirilməsi üçün bütün lazımi tədbirlər görəcəyinə ümid edir. "Təbii ki, müəyyən formallıqlar var, lakin Gürcüstan XİN öz növbəsində bütün zəruri addımları atacaq", - o qeyd edib.

Nazir müavini bildirib ki, həlak olanın ailəsi Norveç hökumətindən kompensasiya alacaq və meyit Norveç hökumətinin hesabına gətiriləcək.

Tampa Lipartelianinin valideynləri dünən Osloya gediblər. Onlar gənclər düşərgəsində baş verən terror aktından sonra xəbərsiz-ətərsiz itən qızlarının axtarışına özləri qoşulmağı qərar alıblar. Onun cəsədi təqdim olunan barmaq izləri əsasında tanınıb.

32 yaşlı terrorçu Anders Breyvikin Uteyya adasındakı gənclər düşərgəsinə hücumu zamanı orada iki Gürcüstan vətəndaşı olub. Natiya Çxetiani sağ qalıb.

İyulun 22-də Norveçdə iki terror aktı baş verib.

Dəqiqləşdirilmiş məlumatlara görə, 76 nəfər terror aktlarının qurbanı olub. Həlak olanlardan 68 nəfəri Uteyya adasında, 8 nəfəri isə Oslodakı partlayış zamanı öldürülüb.

Əvvəlcə Oslonun mərkəzindəki, baş nazirin dəftərxanasının yerləşdiyi hökumət binaları kompleksinin yanında partlayış baş verib. Bir neçə saatdan sonra isə polis forması geyinmiş şəxs ölkə paytaxtının yaxınlığında yerləşən Uteyya adasındakı Norveçin hakim Horveç Fəhlə Partiyasının gənclər düşərgəsində atəş açıb. Hakimiyyət atəş açan şəxsi saxlayıb. Bu, 32 yaşlı norveçli Anders Breyvik olub və o, istintaq zamanı Oslodakı partlayışı da özünün törətdiyini etiraf edib.

Xəbər lenti

Xəbər lenti