...

Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək

Cəmiyyət Materials 2 Avqust 2011 12:06 (UTC +04:00)
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-ə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişiləcək.
Azərbaycanda havanın temperaturu 10 dərəcə enəcək

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-ə keçən gecədən başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-27, gündüz 35-38 yarımadanın bəzi yerlərində 40 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29, gündüz 37-42, dağlarda gecə 19-24, gündüz 30-35 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti