...

Azərbaycan avarçəkmə üzrə dünya çempionatında 3 idmançı ilə təmsil olunacaq

Cəmiyyət Materials 2 Avqust 2011 18:24 (UTC +04:00)
Avqustun 3-də Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək.
Azərbaycan avarçəkmə üzrə dünya çempionatında 3 idmançı ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Avqustun 3-də Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatı start götürəcək. Yarışda Azərbaycan 3 idmançı ilə təmsil olunacaq.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından Trend-ə verilən məlumata görə, 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşlərə Boris Yotov qatılacaq. Yotov 25-26 iyunda Polşanın Kruşvitsa şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Cəmi 16 yaşı olmasına baxmayaraq, o, dünya çempionatında da çıxış etdiyi qayıq tipində əsas favoritlərdən sayılır.

2 nəfərlik qoşa avarlı qayıqla (JM2X) eyni məsafəyə yürüşlərdə isə Qardaşxan Hüseynli - Kamal Xanlarov dueti mübarizə aparacaq. Onlar ilk dəfə belə nüfuzlu yarışda çıxış edəcəklər. Bununla belə, Hüseynli - Xanlarov cütlüyü çempionat öncəsi müxtəlif beynəlxalq reqatalarda çıxış edərək, mükafatçılar sırasına düşməyi bacarıb. Hər üç təmsilçimizin 24 rəqibi olacaq.

Avarçəkənlərimiz yarışa yığmamızın məşqçiləri Yuliana Stoyeva və Samir Məmmədovun rəhbərliyi altında yollanıblar. Çempionata avqustun 7-də yekun vurulacaq.

Yeniyetmələr arasında dünya çempionatı Böyük Britaniyanın paytaxtı Londondan təqribən 35 km aralıdakı Dorney gölündə yerləşən Eton Dorney Avarçəkmə Mərkəzində təşkil olunacaq. Həmin idman qurğusunda 2012-ci il London Yay Olimpiya Oyunları zamanı akademik avarçəkmə, kayak və kanoe növlərində yürüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti