...

Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının qiymət statistikası açıqlanıb

Cəmiyyət Materials 4 Avqust 2011 13:36 (UTC +04:00)
Azərbaycanda iyul ayında kənd təsərrüfatı məhsullarının qiymət statistikası açıqlanıb
Azərbaycanda iyulda kənd təsərrüfatı məhsullarının qiymət statistikası açıqlanıb

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycanda iyul ayında kənd təsərrüfatı məhsullarının qiymət statistikası açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyindən cümə axşamı Trend-ə bildirilib ki, iyulda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,4 faiz ucuzlaşıb.

Birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 1,1 faiz, buğdanın 5,6 faiz, yaşıl paxlalı tərəvəzlərin 25,8 faiz, qabıqdan çıxarılıb, qurudulmuş paxlalı tərəvəzlərin 0,9 faiz, kələmin 1,8 faiz, kartofun 0,2 faiz, soğanın 5,8 faiz, bibərin və pomidorun müvafiq olaraq 28,6 və 13,6 faiz, badımcanın 34,0 faiz, qarpızın 39,3 faiz, yemişin 12,3 faiz, quru otun istehsalçı qiymətləri 2,0 faiz ucuzlaşıb, qarğıdalının istehsalçı qiymətləri 2,8 faiz, keşnişin 0,8 faiz, şüyüdün 1,7 faiz, süfrə çuğundurunun 7,7 faiz, xiyarın 4,5 faiz, göy soğanın 0,2 faiz, yoncanın istehsalçı qiymətləri isə 7,5 faiz bahalaşıb.

Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 1,4 faiz, almanın 2,4 faiz, armudun 1,2 faiz, albalının 0,4 faiz, gavalının 2,3 faiz, alçanın istehsalçı qiymətləri isə 2,9 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı iyul ayı ərzində çoxillik bitkilərdən limonun istehsalçı qiymətlərində 0,5 faiz, əriyin 1,5 faiz, çiyələyin istehsalçı qiymətlərində isə 2,5 faiz bahalaşma müşahidə olunub.

Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,5 faiz, inəyin 0,2 faiz, camışın 1,4 faiz, erkək buzovun 0,4 faiz, inək südünün 0,1 faiz, erkək qazın 5,2 faiz, toyuq yumurtalarının istehsalçı qiymətləri 5,9 faiz ucuzlaşmış, 1 yaşdan 2 yaşadək olan dişi dananın istehsalçı qiymətləri 0,8 faiz, ana qoyunun 1,4 faiz, 1 yaşadək quzunun 2,9 faiz, diri keçilərin 1,9 faiz, camış südünün 0,3 faiz, balın istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşıb. İyul ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində isə 0,3 faiz bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti