...

Azərbaycan gimnastı Macarıstanda keçirilən turnirin mütləq qalibi olub

Cəmiyyət Materials 8 Avqust 2011 12:53 (UTC +04:00)
Azərbaycanlı gimnast Aliyə Qarayeva dünən Budapaşetdə keçirilən "Gracia Cup" beynəlxalq turnirinin mütləq qalibi olub.
Azərbaycan gimnastı Macarıstanda keçirilən turnirin mütləq qalibi olub

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Azərbaycanlı gimnast Aliyə Qarayeva dünən Budapeştdə keçirilən "Gracia Cup" beynəlxalq turnirinin mütləq qalibi olub.

Milli komandanın lideri çoxnövçülükdə hər dörd hərəkəti asanlıqla yerinə yetirib. Nəticədə bu, onu turnir cədvəlində birinci yerə yüksəldib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiaysının mətbuat xidməti məlumat verib.

Qarayevanın bütün hərəkətləri həm yeniliyi, həm də yerinə yetirilməsində dəqiqliyi ilə seçilib və hakimlər tərəfindən yüksək qiymətləndirilib. Bu, sentyabrda Monpelyedə keçiriləcək dünya çempionatı ərəfəsində çox vacibdir. Dünya çempionatı London-2012 Olimpiya oyunlarına lisenziya verir.

Fransada keçiriləcək dünya çempionatına kimi növbəti start Çində keçiriləcək Ümumdünya universiadasıdır. Universiada avqustun 15-dən 23-dək keçiriləcək. Orada Qarayeva yüksək mükafatlar uğrunda mübarizə aparacaq.

Macarıstan yarışlarının mükafatçılarına gəlincə, onlar İsrail və Koreya nümayəndələri olub. Azərbaycanın digər gimnastları - Anna Qurbanova və Samirə Mustafayeva müvafiq olaraq 5-ci və 6-cı yerləri tutublar.

Qarşıdakı dünya çempionatı təkcə fərdi şəkildə çıxış edən gimnastların diqqətini cəlb etmir, milli qrup komndası da yarışa güclü hazırlaşır. Ölkə yığmasının baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi altında Səbinə Abbasova, Anastasiya Praslova, Aelita Xələfova, Yevgeniya Jidkova, Stefani Trayanova və Ceyla Quliyevadan, eləcə də fərdi prqoram üzrə məşq edən Zeynəb Cavadlıdan ibarət kollektiv Qusar Olimpiya Kompleksində məşq edir. Baş məşqçinin sözlərinə görə, Zeynəb və qrup komandası Bolqarıstan (18-22 avqust) və İsraildə (24-28 avqust) keçiriləcək Dünya kuboku mərhələlərinə hazırlıqlarını yoxlayacaqlar.

Xəbər lenti

Xəbər lenti