...

BDU-nun bütün fakültələrində ingilisdilli qruplar yaradılacaq

Cəmiyyət Materials 10 Avqust 2011 17:32 (UTC +04:00)
Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilisdilli qruplar yaradılacaq.
BDU-nun bütün fakültələrində ingilisdilli qruplar yaradılacaq

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilisdilli qruplar yaradılacaq. Trend-in məlumatına görə, bu barədə universitetin rektoru Abel Məhərrəmov çərşənbə günü ABŞ səfirliyinin mətbuat müşaviri Kis Bin və səfirliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Kris Cons ilə görüşdə bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib ki, görüşdə həmçinin ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun UGRAD və digər təhsil mübadilə proqramları ətrafında fikir mübadiləsi apırılıb. 2-ci və 3-cü kurs tələbələri üçün nəzərdə tutulan UGRAD proqramının müddəti 1 ildir. Maliyyə xərcləri Dövlət Departamenti tərəfindən ödənilən proqramda fizika, kimya, biologiya, iqtisadiyyat, biznes, hüquq, kompüter elmləri fakültələrinin tələbələri iştirak edə bilərlər.

BDU tələbələrinin hər il UGRAD proqramına qatıldıqlarını və yüksək göstəricilər əldə etdiyini deyən səfirlik nümayəndələri, nəticədən məmnun olduqlarını bildiriblər. Rektor Abel Məhərrəmov öz növbəsində proqramla bağlı fikirlərini bölüşüb, universitetin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2 nəfər tələbəsinin yüksək müsabiqə şərtlərinə baxmayaraq, proqramın qalibləri olmalarından danışıb.

Xəbər lenti

Xəbər lenti