...

Azərbaycan olimpiyaçılarının Böyük Britaniyada Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib

Cəmiyyət Materials 16 Avqust 2011 16:02 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti olimpiyaçıların Böyük Britaniyada XXX Yay Olimpiya Oyunlarına hazırlığı məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.
Azərbaycan olimpiyaçılarının Böyük Britaniyada Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 16 avqust /Trend /

Azərbaycan nümayəndə heyəti olimpiyaçıların Böyük Britaniyada XXX Yay Olimpiya Oyunlarına hazırlığı məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Azərbaycandan Şef de Mission İlham Mədətov (idman nümayəndə heyətlərinin rəhbərləri), Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Oyunları ilə bağlı Azərbaycanın tərəfdaşı seçilmiş İpsviç şəhərinə səfər zamanı şəhərin meri, şəhər şurasının icraçı sədri və üzvləri ilə görüşüb. Görüşlərdə Olimpiya Oyunlarına qalan dövr ərzində mədəniyyət günlərinin keçirilməsi, Azərbaycan idmançıları üçün təlim-məşq toplantıları təşkil olunması məsələləri müzakirə edilib.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Londonda 2012-ci il XXX Yay Olimpiya Oyunlarına həsr olunmuş ilk "Şef de Mission" seminarında iştirak edib. Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının, Olimpiya Oyunları London Təşkilat Komitəsinin nümayəndələrinin iştirak etdiyi mərasimdə Olimpiya Parkına, o cümlədən Olimpiya kəndinə, velodroma, üzgüçülük mərkəzinə, boks, qılıncoynatma, cüdo, stolüstü tennis, taekvondo, ağırlıq qaldırma, güləş yarışlarının keçiriləcəyi Ex-Cel sərgi mərkəzinə, açılış, bağlanış mərasimlərinin və atletika üzrə yarışların keçiriləcəyi Olimpiya stadionuna tanışlıq səfəri təşkil edilib.

Xəbər lenti

Xəbər lenti