...

DSX Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümünü qeyd edir

Cəmiyyət Materials 18 Avqust 2011 11:44 (UTC +04:00)
DSX heyəti Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə cümə axşamı Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər
DSX Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümünü qeyd edir

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir M.Əliyev/

Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə cümə axşamı Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Trend-in məlumatına Xidmət rəisi Elçin Quliyev jurnalistlərə bildirib ki, Azərbaycan sərhədçiləri Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümünü fəxrlə və baş ucalığı ilə qeyd edirlər.

"Son illər Azərbaycan sərhəd mühafizəsinə Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən qayğı və dünya ölkələrində istifadə edilən ən yeni texnologiyaların tətbiqi sərhəd mühafizəsini daha yüksək səviyyədə təşkilinə şərait yaradıb", - o bildirib.

Xəbər lenti

Xəbər lenti