...

Bakıda təmir-tikinti işləri ilə əlaqədar daha bir yol bağlanıb

Cəmiyyət Materials 19 Avqust 2011 18:51 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, avqustun 20-dən etibarən İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən Gənclər meydanı istiqamətinə, meydan daxil olmaqla, Qoşa Qala qapısınadək olan yol müvəqqəti bağlanılır və avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Bakıda təmir-tikinti işləri ilə əlaqədar daha bir yol bağlanıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, avqustun 20-dən etibarən İstiqlaliyyət və Azərbaycan küçələrinin kəsişməsindən Gənclər meydanı istiqamətinə, meydan daxil olmaqla, Qoşa Qala qapısınadək olan yol müvəqqəti bağlanılır və avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Yol təmir-tikinti işləri ilə əlaqədar bağlanılır və bu işlər başa çatdıqdan sonra açılacaq.

Sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən alternativ yollardan istifadə etmək xahiş olunur.

Xəbər lenti

Xəbər lenti