...

Xəzər dənizində zəlzələ olub

Cəmiyyət Materials 24 Avqust 2011 12:17 (UTC +04:00)
Çərşənbə günü Xəzər dənizində zəlzələ baş verib.
Xəzər dənizində zəlzələ olub

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Çərşənbə günü Xəzər dənizində zəlzələ baş verib.

Trend-in məlumatına görə, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, avqustun 24-də saat 10:37-də Xəzər dənizində zəlzələ olub.

Bakı şəhərindən 211 km şərqdə qeydə alınan 3,8 maqnitudalı zəlzələ 65 kilometr dərinlikdə baş verib, təkanlar hiss edilməyib.

Xəbər lenti

Xəbər lenti