...

Bakıda müasir İdman-Konsert Kompleksinin inşasına başlanılır

Cəmiyyət Materials 1 Sentyabr 2011 17:44 (UTC +04:00)
Bakıda müasir İdman-Konsert Kompleksinin inşasına başlanılır.
Bakıda müasir İdman-Konsert Kompleksinin inşasına başlanılır

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Bakıda müasir İdman-Konsert Kompleksinin inşasına başlanılır.

Trend-in məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda bildirilir.

Müasir beynəlxalq standartlara uyğun olaraq kompleksin layihələndirilməsinin və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi üçün Almaniyanın "Alpine Bau Deutchland AG" şirkəti podratçı kimi seçilib.

"Alpine Bau Deutchland AG" şirkəti ilə əsas müqavilə imzalanıb, kompleksin inşa ediləcəyi ərazi müəyyən edilib və həmin ərazidə tikinti üçün zəruri hazırlıq işlərinin aparılmasına başlanılıb. Kompleks Bakı şəhərinin Dövlət Bayrağı Meydanı ərazisində inşa ediləcək.

İnşa ediləcək "Bakı Kristal Zalı" adlandırılan İdman-Konsert Kompleksinin müasir standartlara uyğun olaraq layihələndirilməsi və tikintisi nəzərdə tutulub. Müqaviləyə əsasən, "Alpine Bau Deutchland AG" şirkəti kompleksin tikinti işlərini 8 ay ərzində başa çatdırmalıdır.

Xarici görünüşü və daxili dizaynı ilə xüsusi fərqlənən kompleks beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bütün tələblərə və standartlara cavab verəcək.

Müqavilə üzrə nəzərdə tutulmuş işlərin gedişatına nəzarət üçün peşəkar texniki nəzarətçilər cəlb edilib.

Xəbər lenti

Xəbər lenti