...

Azərbaycanın gənc tibb mütəxəssisləri üçün təkmilləşdirilmə kursları təşkil ediləcək

Cəmiyyət Materials 1 Sentyabr 2011 18:05 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi gənc mütəxəssislər üçün Bakıda təkmilləşdirilmə kursları təşkil edəcək.
Azərbaycanın gənc tibb mütəxəssisləri üçün təkmilləşdirilmə kursları təşkil ediləcək

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Səhiyyə Nazirliyi gənc mütəxəssislər üçün Bakıda təkmilləşdirilmə kursları təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Kurslar Rusiya Diplomdansonrakı Tibb Təhsili Akademiyası ilə Səhiyyə Nazirliyi arasında imzalanmış saziş çərçivəsində endoskopiya, kardiologiya, uşaq kardiologiyası, neonatologiya, mamaçılıq-ginekologiya və nefrologiya ixtisasları üzrə keçiriləcək.

Bu kurslarda iştirak etmək istəyən mütəxəssislər sentyabr ayının 25-i saat 15:00-dən 17:00-dək Səhiyyə Nazirliyinə (246 nömrəli otaq) müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti