...

Siqaret və alkoqol qadınlara zənn edildiyindən də çox ziyan vurur

Cəmiyyət Materials 3 Sentyabr 2011 17:36 (UTC +04:00)
Avropa Kardiologiya Cəmiyyətinin sonuncu konqresində italiyalı mütəxəssislərnin səsləndirdikləri fikirlər heç də təsəlliverici olmayıb.
Siqaret və alkoqol qadınlara zənn edildiyindən də çox ziyan vurur

Avropa Kardiologiya Cəmiyyətinin sonuncu konqresində italiyalı mütəxəssislərnin səsləndirdikləri fikirlər heç də təsəlliverici olmayıb. Onların sözlərinə görə, qadınlar siqaret və alkoqoldan kişilərə nisbətən daha çox əziyyət çəkirlər. "InoPressa" xəbər verir.

Corriere della Sera Milan universitetinin əczaçılıq departamentindən professor Yelena Tremolinin sözlərini sitat gətirir: "Siqaretin qadın orqanizminə vurduğu ziyanın nisbəti kişilərinki ilə müqayisədə 5:1-ə nisbətindədir. Həm də nə yaş, nə təzyiq, nə çəki yaxud sosial vəziyyət statistikaya təsir göstərə bilməz".

Sirr deyil ki, qadınlar ürək-damar xəstəliklərinə qarşı müqavimət göstərməyə daha çox qadirdirlər.Ona görə də adətən onların sağlamlığına ziyan vura biləcək amillər çox az adamın diqqətini cəlb edir. Həqiqətən də, ürək xəstəliklərindən daha çox 55-60 yaşlı kişilər əziyyət çəkir. Lakin menstruasiya fasilələrinin başlaması və qeyri-sağlam həyat tərzi qadınları onlarla bərabərləşdirir. Siqaret və spirtli içkilərə aludəçilik onları vaxtından əvvəl öldürməsə də, həyat keyfiyyətini xeyli aşağı salır.

Xəbər lenti

Xəbər lenti