...

Millət vəkili: Azərbaycan və Türkiyə bələdiyyələrinin təcrübə mübadiləsi xalqlarımızı daha da yaxınlaşdırır

Cəmiyyət Materials 7 Sentyabr 2011 15:22 (UTC +04:00)
Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbulda bir sıra görüşlər keçirib. Trend-in məlumatına görə, Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı Mustafa Bakurtala ilə görüşüb.
Millət vəkili: Azərbaycan və Türkiyə bələdiyyələrinin təcrübə mübadiləsi xalqlarımızı daha da yaxınlaşdırır

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva İstanbulda bir sıra görüşlər keçirib. Trend-in məlumatına görə, Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin başqanı Mustafa Bakurtala ilə görüşüb.

Azərbaycan Parlamentinin üzvünü Birliyin tarixi, hazırkı və keçmiş fəaliyyəti, gələcək planları barədə məlumatlandıran Başkurt Azərbaycan bələdiyyələrinin təmsil etdiyi Birliyin fəal üzvlərindən olduğunu bildirib.

Xanım Paşayeva Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyəti ilə yaxından tanışlıqdan məmnun olduğunu, qardaş bələdiyyələr arasında təcrübə mübadiləsinin ümumi işə xeyir verdiyini, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.

Millət vəkili Azərbaycanın dövlətinin bu tip konstruktiv fəaliyyətlərə həmişə dəstək verdiyini qeyd edib.

Paşayeva İstanbulun Bağçılar bələdiyyəsinin başqan yardımçısı Yavuz Subaşı ilə də görüşüb.

Millət vəkilini öz bələdiyyələrində salamlamaqdan məmnunluq duyduğunu bildirən Subaşı Sultanqazi Bağçılar bələdiyyəsinin həyata keçirdiyi layihələr və gələcək planları barədə millət vəkilinə məlumat verib. O, təmsil etdiyi bələdiyyənin türksoylu ölkə bələdiyyələri, o cümlədən Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduğunu bildirib.

Xanım Paşayeva Bağçılar bələdiyyəsinin fəaliyyəti ilə yaxından tanışlıqdan, bələdiyyənin əldə etdiyi uğurlardan məmnun olduğunu, onların bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsində də yayılmasında maraqlı olduğunu ifadə edib.

Yavuz Subaşı Paşayevaya bu görüşdən xatirə olaraq Azərbaycan, Türkiyə bayraqları və "Quran" bağışlayıb.

Qənirə Paşayeva Yavuz Subaşını parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə təmas qurmaq üçün Azərbaycana dəvət edib.

Paşayeva Birləşmiş Kəndlər və Yerəl Yönətimlər Orta Doğu və Batı Asiya Bölgə Təşkilatının (UCLUG-MEVA) baş katibi Mehmet Dumanla da görüşüb.

Duman Azərbaycan Parlamentinin üzvünü təşkilatın tarixi, mandatı, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlandırıb.

Paşayeva təşkilatın fəaliyyəti ilə yaxından tanışlıqdan məmnunluğunu, onun üzərində məsuliyətli missiyanın olduğunu və görülən işlərin bölgə xalqlarının mənafeyinə cavab verdiyini, mədəniyyət mübadiləsinə şərait yaratdığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti