...

Avropanı psixi pozğunluq epidemiyası bürüyüb

Cəmiyyət Materials 7 Sentyabr 2011 20:02 (UTC +04:00)
Son araşdırmalara görə, avropalıların, demək olar, 40 faizi psixi cəhətdən sağlam deyil. Bu barədə Trend "New Scientist" jurnalına istinadən xəbər verir.
Avropanı psixi pozğunluq epidemiyası bürüyüb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Son araşdırmalara görə, avropalıların, demək olar, 40 faizi psixi cəhətdən sağlam deyil. Bu barədə Trend "New Scientist" jurnalına istinadən xəbər verir. Hər gün təxminən 165 milyon insan depressiyalar və həyəcanlılıq kimi pozuntularla üzləşir. Bununla belə, onlardan yalnız üçdə biri tibbi yardım alır.

Birinci yerdə həyəcanlılıq (bütün halların 14 faizi onun payına düşür) dayanır. Daha sonra yuxusuzluq və depressiya (müvafiq olaraq 7 faiz və 6,9 faiz) gəlir. Aİ-nin 30 ölkəsində insanların psixi sağlamlığını araşdıran Drezden Texnologiya Universitetindən Hans-Ulrix Vittşen bildirir: "2005-ci ildə ümumavropa araşdırmalarının keçirildiyi andan diaqnostika və müalicənin təkmilləşdirilməsi, vəziyyətin yaxşılaşdırılacağı barədə vədlərə baxmayaraq, psixi sağlamlığı birmənalı təsdiqləmək və hamıya aid etmək olmaz".

Vəziyyətin yaxşılaşdırılmasının açarı diaqnozun təyin edilməsinə diqqət yetirilməsindədir. Londondakı Tropik tibb məktəbindən Vikram Patel razılaşır: "Müalicədə böyük boşluqlar mövcuddur. Ola bilsin ki, Avropa psixi problemlər zamanı müəyyən köməyin göstərilməsini dar sahələrin mütəxəssislərinin öz çiyinlərinə götürmədikləri inkişaf etməkdə olan ölkələrdən öyrənməli olacaq".

Xəbər lenti

Xəbər lenti