...

Azərbaycanda mina təhlükəsizliyinə dair 15 min ədəd dərs vəsaiti nəşr olunub

Cəmiyyət Materials 8 Sentyabr 2011 15:33 (UTC +04:00)
Azərbaycanda mina təhlükəsizliyinə dair 15 min ədəd dərs vəsaiti nəşr olunub.
Azərbaycanda mina təhlükəsizliyinə dair 15 min ədəd dərs vəsaiti nəşr olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda mina təhlükəsizliyinə dair 15 min ədəd dərs vəsaiti nəşr olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Mina Təhlükəsizliyinə qarşı Maarifləndirmə (MTM) proqramı çərçivəsində ANAMA və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş şagird dərsliyi və müəllim vəsaitindən bu il yenidən 15 000 ədəd çap edilib və onların yeni dərs ilinin əvvəlində MTM proqramının əhatə etdiyi rayon təhsil şöbələrinə paylanması nəzərdə tutulub.

ANAMA, Azərbaycan Təhsil Nazirliyi və YUNİSEF arasında 2004-cü ildə MTM-in orta məktəblərin tədris proqramına daxil edilməsi ilə bağlı üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Bu günə kimi ANAMA-nın baş təlimatçıları 24 rayonun 1185 məktəbindən 2335 müəllim əhatə olunmaqla 123 seminar keçiriblər. ANAMA tərəfindən 3 923 ədəd müəllim vəsaiti və 61 100 şagird dərsliyi rayon təhsil şöbələrinə paylanıb.

Xəbər lenti

Xəbər lenti