...

Omdusmanın nümayəndələri Xızı, Siyəzən, Şabran və Qusarda müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər

Cəmiyyət Materials 9 Sentyabr 2011 19:33 (UTC +04:00)
Quba Regional Mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Xızı, Siyəzən, Şabran və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.
Omdusmanın nümayəndələri Xızı, Siyəzən, Şabran və Qusarda müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Azərbaycan ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Xızı, Siyəzən, Şabran və Qusar rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qrupun üzvləri bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti