...

Kipr Beynəlxalq Universitetinin Azərbaycan Təmsilçiliyindən Önəmli bir addım daha

Cəmiyyət Materials 13 Sentyabr 2011 11:05 (UTC +04:00)

Bugün Kipr Beynəlxalq Universitetinin (CİU) Azərbaycan Təmsilçisi olan Millennium Tourism & Congress DMC-nin təşkilatçılığı ilə Ambassador Oteldə 2011-2012-ci tədris ili üçün universitetə qəbul olan azərbaycanlı tələbələr və onların valideynləri ilə görüş keçiriləcəkdir. Görüşdə CİU haqqında tam və ətraflı məlumatlar veriləcəkdir.

Nəzərinizə çatdıraq ki, 2010-cu ildə universitetə qəbul olan tələbələrin sayı 44 nəfər idisə, 2011-ci ildə CİU-ya daxil olan tələbələrin sayı 2 dəfə artmışdır.Tələbələrin sayının artmasını nəzərə alaraq Azərbaycanda ilk dəfə Millennium Tourism & Congress DMC-nin prezidenti Ruslan Quliyevin təklifinə əsasən hər 2-ci ayın sonuncu şənbə günü valideyn iclası keçiriləcəkdir. İclas nəticəsində valideynlər övladlarının CİU-da təhsil aldıqları müddətdə əldə etdikləri müvəffəqiyyətləri öyrənəcək, onlara müəllim heyyəti və universitet rəhbərləri ilə Telekörpü vasitəsilə danışmış və dəyərli məlumatlar əldə etmiş olacaqlar.

Xatırladaq ki, CİU-ya 2011-2012-ci tədris ili üçün qəbul olmuş azərbaycanlı tələbələrdən və onların valideynlərindən ibarət qrup sentyabr ayının 19-u Bakıdan Kiprə yola düşəcəklər. Onlara Kipr Beynəlxalq Universitetinin Azərbaycan Təmsilçiliyinin nümayəndələri rəhbərlik edəcəkdir. Həmin nümayəndələr tələbələrin universitetdə yerləşməsinə qədər orada olacaq və onlara lazımi dəstəyi əsirgəməyəcəkdir.

Xəbər lenti

Xəbər lenti