...

Azərbaycanın ÜST-nin Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi tarixi hadisədir - nazir

Cəmiyyət Materials 15 Sentyabr 2011 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi çox mühüm və tarixi hadisədir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ÜST-nin Avriopa Regional Komitəsinin 61-ci sessiyasında Azərbaycan İcraiyyə Komitəsinə üzvlüyə yekdil səslə seçilib. Yeni seçimi çox mühüm və nadir hadisə sayan nazirin sözlərinə görə, bu, Azərbaycana göstərilən etimadın nəticəsidir.

Azərbaycanın ÜST-nin bir neçə rəhbər strukturunda təmsil olunduğunu deyən nazir bildirib ki, hazırda İcraiyyə Komitəsinin 32 üzvü var.

Şirəliyev Azərbaycanın 61-ci sessiyaya ev sahibliyi etməsi və Azərbaycanın bu sessiyaya sədrlik etməsininin ölkəmizin dünyada tanıdılması üçün mühüm əhəmiyyət daşıdığını açıqlayıb.

"Azərbaycan Prezidentinin səhiyyəyə diqqətini Ümumdünya Səhiyyə Təşkilatı başqa ölkələrə nümunə göstərib. Azərbaycan Prezidentinin bu sessiyada iştirakı böyük təəssürat yaradıb. Prezidentin səhiyyə ilə bağlı söylədiyi fikirlərə qonaqlar özləri də şahid olublar. Nümayəndə heyətləri bir çox tibb müəssisələrində olub, həkimlər, xəstələrlə ətraflı söhbətlər ediblər. Onların hamısı Azərbaycan səhiyyəsinin qısa müddət ərzində belə inkişaf etməsini ölkə Prezidentinin bu sahəyə yüksək diqqət göstərməsi ilə əlaqələndiriblər. Biz gərək elə çalışaq ki, nümunə kimi qalaq", - nazir əlavə edib.

Şirəliyev qeyd edib ki, sessiya öz işini başa çatdırsa da, Avropa Regional Katibliyi sentyabrın 16-17-də də Bakıda fəaliyyətini davam etdirəcək, görüşlər təşkil olunacaq.

Nazir onu da əlavə edib ki, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri olub.

Eyni zamanda, Litva və Azərbaycan Səhiyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti