...

Nazirlik: Azərbaycanda istehsal olunan pilotsuz təyyarələr NATO standartlarına cavab verir

Cəmiyyət Materials 27 Sentyabr 2011 12:23 (UTC +04:00)
Azərbaycanda istehsal olunan pilotsuz təyyarələr NATO standartlarına cavab verir. Bunu çərşənbə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Muxtar Fətəliyev deyib.
Nazirlik: Azərbaycanda istehsal olunan pilotsuz təyyarələr NATO standartlarına cavab verir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T. Hacıyev/

Azərbaycanda istehsal olunan pilotsuz təyyarələr NATO standartlarına cavab verir. Bunu çərşənbə axşamı Trend-ə Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Vəli Fətəliyev deyib.

Fətəliyev bildirib ki, Azərbaycanda dinc məqsədlər üçün də pilotsuz təyyarələr istehsal olunur.

O, həmin təyyarələrdən müxtəlif kəşfiyyat işləri, çəkilişlər aparılması üçün istifadə olunduğunu deyib.

Fətəliyev qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı gündən indiyədək məhsullarının istehsal həcmi 3 dəfə artıb.

Hazırda müdafiə təyinatlı məhsullarla yanaşı, mülki təyinatlı məhsullar - aviasiya sənayesi, gəmiqayırma, elektrotexnika, neft maşınqayırması üçün avadanlıqlar da istehsal olunur.

Xəbər lenti

Xəbər lenti