...

Qəhvə qadınları depressiyadan qoruyur

Cəmiyyət Materials 28 Sentyabr 2011 13:48 (UTC +04:00)
Harvard Universitetinin əməkdaşları çoxlu qəhvə içən qadınların depressiyadan digərlərinə nisbətən az əziyyət çəkdiklərini aydınlaşdırıblar.
Qəhvə qadınları depressiyadan qoruyur

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Harvard Universitetinin əməkdaşları çoxlu qəhvə içən qadınların depressiyadan digərlərinə nisbətən az əziyyət çəkdiklərini aydınlaşdırıblar. Bundan əvvəl belə qanunauyğunluq kişilər üçün göstərilmişdi. Bu barədə Trend "WebMD" saytına istinadən xəbər verir.

Amerikalı mütəxəssislər "Nurses' Health Study"nin uzunmüddətli araşdırmasında iştirak edən 50 mindən artıq qadının məlumatlarını yoxlayıblar. İştirakçıların orta yaş dövrü 63 yaş təşkil edib. Müşahidə zamanı qadınlar mütəmadi olaraq həkimlərə son bir il ərzində özlərinin qəhvədən istifadə etmələri barədə məlumat veriblər.

1996-cı ildə, tədqiqatlara başlanan andan onların heç birində depressiya olmayıb. 2006-cı ildə, məlumatların toplanması başa çatarkən bu xəstəlik araşdırmanın 2607 iştirakçısında inkişaf edib.

Məlumatların təhlili göstərib ki, qadınlar qəhvədən nə qədər çox istifadə etsələr, onlarda depressiya bir o qədər az inkişaf edir. Belə ki, gün ərzində bu içkidən iki-üç fincan içən qrup arasında depressiya riski həftədə bir dəfə və nadir hallarda içənlərə nisbətən 15 faiz aşağıdır. Gün ərzində 4 fincan və daha çox qəhvə içənlər arasında bu fərq 20 faiz təşkil edir.

O da məlumdur ki, qəhvə sevənlər intiharlara digər adamlara nisbətən az meyillidirlər.

Xəbər lenti

Xəbər lenti