...

Kürd separatçıları Türkiyəyə 40 təxribatçı terrorçu göndəriblər

Cəmiyyət Materials 29 Sentyabr 2011 14:37 (UTC +04:00)
Kürd Fəhlə Partiyası (PKK) Türkiyənin iri şəhərlərinə 40 təxribatçı terrorçu göndərib. Onlar İraqın şimalındakı düşərgələrdə təlim keçiblər.
Kürd separatçıları Türkiyəyə 40 təxribatçı terrorçu göndəriblər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyası (PKK) Türkiyənin iri şəhərlərinə 40 təxribatçı terrorçu göndərib. Onlar İraqın şimalındakı düşərgələrdə təlim keçiblər. Bu barədə ölkə jandarmeriyasından məlumat verilib. Trend-in məlumatına görə, xəbəri Türkiyənin "Yeni Safak" qəzeti yazır.

Polisin məlumatına görə, Adanada və Ankarada terror törətməyi planlaşdıran iki terrorçu artıq zərərsizləşdirilib, digərlərinin axtarışı aparılır.

Həbs olunanlardan biri sentyabrın 20-də ölkə paytaxtının mərkəzində, dövlət müəssisələrinin, mağazaların və insanların çox olduğu ərazidə terror aktı təşkil edib. Orada avtomobildə gizlədilmiş partlayıcı qurğu işə düşüb.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Türkiyə HHQ avqustun 17-də PKK-nın baza və yaraqlılarının məhv edilməsi üçün 58 hava reydi keçirib. Həmin əməliyyatlar zamanı 152 hədəf məhv edilib. Hərbiçilərin məlumatlarına görə, avqust ayı ərzində 300-ə yaxın terrorçu öldürülüb.

Xəbər lenti

Xəbər lenti