...

"Azərikimya" Xəzərin sahilində Beynəlxalq Dəniz Günü münasibətilə geniş ekoloji tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2011 10:36 (UTC +04:00)
"Azərikimya" Xəzərin sahilində Beynəlxalq Dəniz Günü münasibətilə geniş ekoloji tədbir keçirib
"Azərikimya" Xəzərin sahilində Beynəlxalq Dəniz Günü münasibətilə geniş ekoloji tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Beynəlxalq Dəniz Günü münasibətilə "Azərikimya" İstehsalat Birliyinin kollektivi ARDNŞ-nin Ekologiya İdarəsinin, Sumqayıt şəhər "Qızıl Aypara" Cəmiyyətinin, şəhər Təhsil şöbəsi nümayəndələrinin, Sumqayıt məktəbliləri və KİV nümayəndələrinin iştirakı ilə "Planetimizi tullantılardan təmizləyək! Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!" devizi altında geniş ekoloji təmizlik aksiyası keçirib.

Tədbir iştirakçıları əvvəlcə Xəzərin sahilində yerləşən Sumqayıt şəhər Rəsm qalereyasında məktəblilərin dəniz və ekologiya mövzusunda rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. "Azərikimya" İB-nin rəhbərliyi, ARDNŞ-nin Ekologiya İdarəsinin və Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri məktəblilərə Beynəlxalq Dəniz Gününün tarixi əhəmiyyəti, mövcud ekoloji problemlər, onların aradan qaldırılması yolları, dənizin ekoloji mühitinin qorunması, Xəzərin hazırkı problemləri, dənizin müxtəlif tullantılarla çirklənmələri və onların qarşısının alınması yolları haqqında geniş məlumat veriblər.

Qeyd olunub ki, son zamanlar "Azərikimya" İB-nin təşkilatçılığı ilə Sumqayıtda atmosferin və dənizin təmizliyinin qorunması məqsədi ilə bir sıra mühüm ekoloji tədbirlər və layihələr həyata keçirilib, şəhərin tullantılar və zərərli qazlarla çirkləndirilməsinin qarşısı əhəmiyyətli dərəcədə alınıb.

Sonra məktəb şagirdlərinin ekoloji problemlərə aid məruzələri dinlənilib, "Azərikimya" İB və "Təfəkkür" liseyinin Sumqayıt məktəblilərinə birgə müraciəti səsləndirilib. Tədbirin rəsmi hissəsinin yekununda kimyaçıların təşəbbüsü ilə azyaşlı uşaqlardan ibarət yaradılmış, bugünlərdə bir yaşı tamam olan "Balaca ekoloqlar" qrupunun fəal üzvlərinə hədiyyələr təqdim olunub.

Ətraf mühitin təmizlənməsi ilə yanaşı ekoloji maarifləndirmə məqsədi daşıyan tədbirin rəsmi hissəsindən sonra gənc ekoloqlar qruplara bölünərək şəhərin sahil boyu zolağının tullantılardan təmizlənməsi üçün əvvəlcədən müəyyən olunmuş sahələrdə təmizlik işləri aparıblar. Dəniz kənarının çirklənmiş ərazilərini təmizləyərək, aksiyaya dəstək olduqlarını nümayiş etdirən və xeyli tullantı toplayan komandaların hər biri "Azərikimya" İB-nin xüsusi diplomları ilə təltif olunublar.

Gənc ekoloqların topladıqları bütün məişət tullantıları yük maşını ilə tullantılar poliqonuna daşınıb.

Xəbər lenti

Xəbər lenti