...

Yazıçı-publisist Yunus Oğuzun yeni kitabı nəşr olunub

Cəmiyyət Materials 3 Oktyabr 2011 18:24 (UTC +04:00)
Yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun Tarix İnstitutu Elmi Şurasının qərarı ilə kitabı nəşr edilib.
Yazıçı-publisist Yunus Oğuzun yeni kitabı nəşr olunub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir T.Hacıyev/

Yazıçı-publisist, türkoloq-alim Yunus Oğuzun Tarix İnstitutu Elmi Şurasının qərarı ilə kitabı nəşr edilib.

Trend-in məlumatına görə, "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" adlı kitab "Şərq-Qərb" nəşriyyatında çap olunub.

Kitabın "Azərbaycan torpaqları və Xəzər hövzəsi qədim türklərin ulu vətənidir" adlı ön sözünü AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov yazıb.

Yeni tədqiqat əsəri passionarlıq nəzəriyyəsi və qədim türklərin tarixinin öyrənilməsində bu nəzəriyyənin rolu məsələlərinə həsr olunub. Ön sözdə Yaqub Mahmudov yazır ki, "Türklərin tarixinə yeni bir baxış", "Attila", "Türkün gizli tarixi" kimi əsərlərin müəllifi olan Yunus Oğuzun bu əsərini də həm qədim türk tarixinin, həm də Qumilyovun elmi irsinin araşdırılmasına qiymətli töhfə saymaq olar.

Xəbər lenti

Xəbər lenti