...

Vergi borcu olan 50 nəfərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat verilib

Cəmiyyət Materials 4 Oktyabr 2011 13:03 (UTC +04:00)
Müsadirə borcu olan 50 nəfərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat verilib.
Vergi borcu olan 50 nəfərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat verilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Müsadirə borcu olan 50 nəfərin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat verilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Nazirliyin Bakı şəhəri Vergilər Departamenti tərəfindən müsadirə borcu olan 50 fiziki şəxsin ölkədən getmək hüququnun müvafiq qaydada məhdudlaşdırılması istiqamətində tədbirlər görür.

Müsadirə borcu olan daha 10 əcnəbi vətəndaşın və 40 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı avqustun 17-dən Vergilər Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq şöbələrinə müraciətlər edilib.

Həmin müraciətlər əsasında icra məmurları tərəfindən məhkəmələrə artıq 8 fiziki şəxs üzrə əsaslandırılmış təqdimatlar verilib.

Hazırda verilmiş təqdimatlar əsasında məhkəmə qərardadı ilə bir Türkiyə vətəndaşının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb.

Departament tərəfindən 6 fiziki şəxs, o cümlədən 3 əcnəbi vətəndaş və 3 Azərbaycan vətəndaşının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimat barədə borcluya məlumat verildikdən sonra həmin şəxslər tərəfindən müvafiq müsadirə məbləğləri dövlət büdcəsinə ödənilib.

"İcra haqqında" qanunan ötən ilin iyununda edilmiş əlavə və dəyişikliyə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu vergi ödəyiciləri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

Xəbər lenti

Xəbər lenti