...

Azərbaycan gənclərinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması üçün 15 milyon manat ayrılıb

Cəmiyyət Materials 5 Oktyabr 2011 13:29 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondu bu il "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsil alması üçün 15 milyon manat vəsait ayırıb.
Azərbaycan gənclərinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alması üçün 15 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət Neft Fondu bu il "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində gənclərin xaricdə təhsil alması üçün 15 milyon manat vəsait ayırıb. Bunu çərşənbə günü Trend BİA-nın konfrans zalında keçirilən mətbuat konfransında Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, həmin vəsait Azərbaycan gənclərinin yaşayış, təhsil, sığorta və illik gediş-gəliş xərclərinə sərf olunur. Nazir müavini bəzi tələbələrin xaricdə təhsil almasına il ərzində 50-60 min avro xərcləndiyini də deyib.

O əlavə edib ki, hazırda Azərbaycandan kənarda 10 minə yaxın təhsil alan var. Onlardan çoxu bakalavr səviyyəsi üzrə təhsil alır.

Xaricdə təhsil alanların əksəriyyəti öz vəsaiti hesabına təhsil alır.

Xəbər lenti

Xəbər lenti