...

Azərbaycanda turizm sektoru üzrə nümunəvi peşə standartları hazırlanır

Cəmiyyət Materials 7 Oktyabr 2011 10:55 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində turizm sektoru üzrə nümunəvi peşə standartlarının hazırlanmasına başlanılıb.
Azərbaycanda turizm sektoru üzrə nümunəvi peşə standartları hazırlanır

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində turizm sektoru üzrə nümunəvi peşə standartlarının hazırlanmasına başlanılıb.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində Turizm Sektoru üzrə Sahə Komissiyasının ilk iclasında 12 nümunəvi peşə standartı layihə variantı təqdim edilib.

Həmin standartlar hotel menecer, konsyerj (hotelin əlavə xidmət satışını təmin edən və qonaqlara xidmət göstərən əməkdaş), təmizlik xidməti üzrə menecer, təsərrüfat işləri üzrə nəzarətç, barmen, ekskursiya bələdçisi, səyahət xidmətləri, istehlakçılara xidmət və satış üzrə mütəxəssis, satış və marketinq üzrə mütəxəssis, VEB master, restoran rəhbər; mədəniyyət və idman zallarının rəhbəri, attraksion müdiri peşələridir.

Tədbirdə turizm sektoru üzrə növbəti mərhələdə hazırlanması nəzərdə tutulmuş 25 nümunəvi peşə standartının siyahısı da razılaşdırılmaq üçün komissiya üzvlərinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti