...

Azərbaycanda analoq yayım 2013-cü ildən sonra dayandırılacaq

Cəmiyyət Materials 7 Oktyabr 2011 13:10 (UTC +04:00)
Azərbaycanda analoq yayım 2013-cü ildən sonra dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanda analoq yayım 2013-cü ildən sonra dayandırılacaq

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda analoq yayım 2013-cü ildən sonra dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavininin sözlərinə görə, gələn ilin əvvəlindən rəqəmsal yayımın tətbiq olunması hamını bu yayımın imkanlarından istifadəyə məcbur etmək demək deyil.

2013-cü ilədək Azərbaycanda teleyayımı həyat keçirmək üçün analoq yayımla rəqəmsal yayım paralel şəkildə həyata keçiriləcək. 2013-cü ildən sonra isə artıq analoq yayım dayandırılacaq. "Müəyyən müddət ərzində parallel yayım imkanları olacaq. Bu müddətdə vətəndaşlara imkan yaradılacaq ki, hər kəs yayımdan istifadə üçün lazım olan avadanlıqları alsın. Artıq rəqəmsal yayımı dəstəkləyən televizorlar var. Kimdə o teelvizorlar varsa, əlavə qurğuya ehtiyac yoxdur", - Vəlizadə deyib.

Hazırda rəqəmli yayım Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran və yaxınlıqdakı əraziləri əhatə edir. Analoq yayım rəqəmli TV siqnallarının respublikanı tam əhatə etməsindən sonra tədricən dayandırılacaq.

Rəqəmli kontentin yayımı MPEG-4 standartında həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti