...

Müasir nailiyyətlərdən xeyirə istifadə etmək lazımdır - MDU-nun rektoru

Cəmiyyət Materials 10 Oktyabr 2011 14:15 (UTC +04:00)
Təşkilatçıların humanitar məsələlərə həsr olunmuş forumun keçirilməsinə dair qərarı ən yüksək qiymətə layiqdir. Trend-in məlumatına görə, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi belə hesab edir.
Müasir nailiyyətlərdən xeyirə istifadə etmək lazımdır - MDU-nun rektoru

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Təşkilatçıların humanitar məsələlərə həsr olunmuş forumun keçirilməsinə dair qərarı ən yüksək qiymətə layiqdir. Trend-in məlumatına görə, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi belə hesab edir.

"Bu müasir dünyanın ən mühüm aspektlərindən biridir. Bütün müasir nailiyyətlərdən şərə deyil, xeyirə istifadə etmək lazımdır", - Sadovniçi bazar ertəsi Bakıda işə başlayan "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunun açılışında deyib.

Onun sözlərinə görə, cəmiyyət və siyasət yeni humanitar alətlər tələb edir.

"Bu gün texnokratik yanaşma humanitar yanaşma üzərində üstünlük təşkil edir və forumdakı müzakirələrin predmeti məhz bu məsələlər olacaq", - MDU-nun rektoru deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanı gözəl münasibətlər birləşdirir, o cümlədən təhsil sahəsində parlaq humanitar əməkdaşlığa çoxsaylı nümunələr var.

"Məhsuldar əməkdaşlığın parlaq nümunəsi MDU-nun Bakı filialının fəaliyyətidir", - rekror deyib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialı 2008-ci ilin yanvarında Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti