...

Bakıda nano araşdırmalar laboratoriyası açılıb (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2011 18:16 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) nano araşdırmalar laboratoriyası açılıb. Bu barədə çərşənbə axşamı Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Bakıda nano araşdırmalar laboratoriyası açılıb (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetində (BDU) nano araşdırmalar laboratoriyası açılıb. Bu barədə çərşənbə axşamı Trend-ə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Laboratoriyanın açılışı Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun "Dünyanı dəyişdirən müasir texnologiyalar" mövzusunda Bakı Dövlət Universitetində keçirilən tədbirləri çərçivəsində baş tutub. Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, həmin universitetin kimya fakültəsinin dekanı, akademik Lunin, MDB-nin Nanotexnologiya üzrə innovasiya mərkəzinin direktoru Ruzayev, Rumıniyanın Ovidus Universitetinin professoru Eden Mamut, Bilkənd Universitetinin prezidenti, professor Əli Doğramacı, ABŞ-ın Delaver Universitetinin professoru İsmat Shah və başqaları iştirak ediblər.

Mərasimdə iştirak edənlərin diqqətinə çatdırılıb ki, nanomateriallar və nanotexnologiyalar üzrə elmi araşdırmaların hazırda dünyanın elm sahəsində prioritet istiqamət olduğunu nəzərə alaraq kimya, fizika, biologiya, tətbiqi riyaziyyat və kibernetika fakültələrinin bazasında 2005-ci il tarixində "Nano araşdırmalar mərkəzi" və "Nanomaterialların kimyəvi fizikası" kafedrası açılıb. Elə vaxtdan da nanotexnologiyalar istiqamətində kadr hazırlığı və tədqiqat işləri aparılır. Son 5 ildə bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri 60-dan artıq nüfuzlu jurnalda məqalələr şəklində dərc edilib.

Laboratoriyanın müdiri vəzifəsinə professor Məhəmmədəli Ramazanov təyin olunub.

Xəbər lenti

Xəbər lenti