...

Ermənistanın "Şant" telekanalının operatoru döyülüb

Cəmiyyət Materials 20 Oktyabr 2011 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Ermənistanın "Şant" telekanalının operatoru Eduard Nersisyan Yerevanda vəzifə öhdəliklərini yerinə yetirərkən döyülüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Novosti-Armeniya" agentliyinə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

"Dünən operator Maştots polis şöbəsinə müraciət edib və xəbər verib ki, oktyabrın 17-də Yerevandakı evlərdən birində aparılan çəkilişdən sonra bir neçə naməlum şəxs onunla və dostu Samvel O. ilə mübahisə ediblər, onlara əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetiriblər", - məlumatda deyilir.

Zərərçəkənlər məhkəmə-tibbi ekspertizaya göndəriliblər. İlkin istintaq aparılır.

"Şant" telekanalının məlumatına görə, Eduard ağır vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti