Bakı-Kiyev aviareysinin sərnişinində silah aşkarlanıb

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir E.İsmayılov/
Heydər Əliyev Beynəlxalq Hava Limanının beynəlxalq terminalının girişində Aviasiya Təhlükəsizliyi Xidməti işçiləri tərəfindən təyyarəyə avtomat-pistolet keçirilməsinə cəhd edən Azərbaycan vətəndaşı Bəxtiyar Qaraşov saxlanılıb. Bu barədə Trend-ə çərşənbə günü "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Onun sözlərinə görə, həmin sərnişin Bakı-Kiyev reysi ilə uçmaq niyyətində imiş.
Silah saxlanılan şəxsin əl çantasına baxış zamanı aşkarlanıb.
Qaraşov Milli Təhlükəsizlik Nazirliyinə təhvil verilib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri