...

AzQAC Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək üçün topladığı vəsaitin bir hissəsini köçürüb

Cəmiyyət Materials 27 Oktyabr 2011 11:32 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Van əyalətində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə başladığı kampaniya çərçivəsində oktyabrın 25-i və 26-da topladığı vəsaiti Türkiyə hökumətinin hesabına köçürüb.
AzQAC Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək üçün topladığı vəsaitin bir hissəsini köçürüb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Van əyalətində baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə başladığı kampaniya çərçivəsində oktyabrın 25-i və 26-da topladığı vəsaiti Türkiyə hökumətinin hesabına köçürüb.

Cəmiyyətin sədri, millət vəkili Novruzəli Aslanov Trend-ə bildirib ki, oktyabrın 25-dən başlanan kampaniya çərçivəsində vətəndaşların köçürdüyü ianələr hesabına 2 min manat toplanaraq zəlzələdən zərərçəkənlərə göndərilib.

Oktyabrın 25-dən başlanmış, "Siz tək deyilsiniz" devizi ilə keçirilən yardım kampaniyasının davam etdiyini deyən Aslanov bildirib ki, aksiyada vətəndaşlar aktiv iştirak edirlər.

Yardım etmək istəyənlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi hesabına AZN və ABŞ dolları ilə pul köçürə bilərlər (ianə edən şəxslərin ad və soyadları, ianələrinin məbləği Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsində - www.redcrescent.az - göstərilir).

Kömək etmək istəyənlər aşağıdakı hesablara vəsait köçürə bilərlər:

AZN
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210

ABŞ dolları
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210

Oktyabrın 23-də Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti