...

Azərbaycanda rəqəmli yayımla bağlı sosial paketlər gələn ay hazır olacaq

Cəmiyyət Materials 27 Oktyabr 2011 13:15 (UTC +04:00)
Azərbaycanda rəqəmli yayımla bağlı sosial paketlər noyabr ayında hazır olacaq. Bu barədə Trend-ə cümə axşamı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanda rəqəmli yayımla bağlı sosial paketlər gələn ay hazır olacaq

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda rəqəmli yayımla bağlı sosial paketlər noyabr ayında hazır olacaq. Bu barədə Trend-ə cümə axşamı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, ölkənin hər regionu üçün ayrıca paket müəyyənləşdirilir və hər regionun kanalları öz paketinə yerləşdiriləcək. "Bütün ölkəyə yayımlanan kanallar isə ayrıca bir paketdə olacaq", - Şura sədri deyib.

Məhərrəmli MTRŞ tərəfindən hazırlanan sosial paketlərə yalnız yerli televiziya kanallarının daxil olduğunu da vurğulayıb.

"Xarici ölkələrin ödənişli kanallarının retranslyasiyasını kabel şəbəkəsi, peyk antenaları, internet şəbəkəsi həyata keçirir", - Şura sədri deyib.

2012-ci ilin yanvar ayınadək respublika əhalisinin 85 faizinin rəqəmsal televiziya ilə əhatə olunması gözlənilir. Hazırda rəqəmli yayım Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran və yaxınlıqdakı əraziləri əhatə edir. Analoq yayım rəqəmli TV siqnallarının respublikanı tam əhatə etməsindən sonra tədricən dayandırılacaq.

Rəqəmli kontentin yayımı MPEG-4 standartında həyata keçirilir.

Televiziyanın rəqəmsal yayımına keçmək üçün dekoder almaq lazımdır.

Xəbər lenti

Xəbər lenti