...

Azərbaycan qayayadırmananları beynəlxalq turnirdə iştirak edirlər

Cəmiyyət Materials 27 Oktyabr 2011 14:27 (UTC +04:00)
Gürcüstanda oktyabrın 27-30-da idman qayayadırmanması üzrə yarış keçiriləcək. Turnirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) qayayadırmananları da iştirak edirlər.
Azərbaycan qayayadırmananları beynəlxalq turnirdə iştirak edirlər

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Gürcüstanda oktyabrın 27-30-da idman qayayadırmanması üzrə yarış keçiriləcək. Turnirdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) qayayadırmananları da iştirak edirlər. Bu barədə Trend-ə FAİREX-dən məlumat verilib.

Gürcüstan İdman Qayayadırmanması Milli Federasiyasının təşkil etdiyi və Mixail Xerqianinin xatirəsinə həsr olunmuş yarış onun anadan olduğu Svanetiya bölgəsində süni qayalıqlarda iki növ - sürət və mürəkkəblik üzrə keçiriləcəkdir.

Gürcüstan idmançıları bu il keçirilən idman qayayadırmanması üzrə açıq Azərbaycan çempionatının hər iki mərhələsində iştirak edərək müvəffəqiyyət qazanmışdılar.

Xəbər lenti

Xəbər lenti