Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artıb. Trend-in məlumatına görə, bu barədə məlumatı cümə günü Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektoru yayıb.
Məlumata görə, 2011-ci il oktyabrın 1-nə olan statistikaya əsasən DSMF tərəfindən əlavə olaraq 1 622 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 11 733 nəfərə yüksəlib.
Ümumilikdə 93 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə vətəndaşları (6783 nəfər) çoxluq təşkil edir. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı isə 1452 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə hazırda 616 nəfər təşkil edir.
Sonrakı yerlərdə İran İslam Respublikası (396), Hindistan (275), Çin Xalq Respublikası (244), Britaniya və Şimali İrlandiya Krallığı (146), Özbəkistan (140), Bosniya və Hersoqovina (128), Böyük, Pakistan İslam Respublikası (102), Filippin (98), Almaniya (94), Ukrayna (92), Malayziya (80), Türkmənistan (81), Qazaxıstan (68), İtaliya (68), ABŞ (62) və s. ölkələr gəlir.
Məlumat üçün bildirək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artıb
Bu ilin DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16,7 faiz artıb