...

Azərbaycanda sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq

Cəmiyyət Materials 28 Oktyabr 2011 13:18 (UTC +04:00)
Oktyabrın 30-dan Azərbaycanda 2011-2012-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq.
Azərbaycanda sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq

Azərbaycan, Bakı, 28 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Oktyabrın 30-dan Azərbaycanda 2011-2012-ci illər üçün sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq olunacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov cümə günü Trend-ə bildirib ki, oktyabrın 30-dan qış vaxtına keçidlə əlaqədar QSC-nin beynəlxalq istiqamətlərdə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcək.

Belə ki, 55-56 saylı Bakı-Moskva sərnişin qatarı oktyabrın 31-dən etibarən həftənin I, III, V günləri saat 20:55-də Bakıdan yola düşəcək, həftənin IV, VI, I günləri saat 05:10-da Bakıya çatacaq.

31-31 saylı Bakı-Kiyev sərnişin qatarı həftənin II günləri saat 23:30-da Bakıdan yola düşəcək, həftənin II günləri saat 02:45-də Bakıya çatacaq.

38-37 saylı Bakı-Tbilisi sərnişin qatarı hər gün saat 20:45-də Bakıdan yola düşəcək, hər gün saat 10:20-də Bakıya çatacaq.

313-314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarı həftənin III günləri saat 23:30-da Bakıdan yola düşəcək, saat 05:10-da Bakıya çatacaq.

369-370 saylı Bakı-Xarkov sərnişin qatarı həftənin IV günləri saat 23:30-da Bakıdan yola düşəcək, həftənin III günləri saat 02:45-də Bakıya çatacaq.

373-374 saylı Bakı-Tümen sərnişin qatarı 30 oktyabr 2011-ci ildən etibarən günaşırı (ayın cüt tarixləri) 05:00-da Bakıdan yola düşəcək, günaşırı (ayın cüt tarixlərində) 00:25-də Bakıya çatacaq.

391-392 saylı Bakı-Rostov sərnişin qatarı həftənin I və VI günləri saat 23:00-da Bakıdan yola düşəcək və həftənin I və VI günləri saat 05:10-da Bakıya çatacaq.

Yerli istiqamətdə hərəkət edən bəzi qatarların Bakıya çatma vaxtlarında da bəzi dəyişiklilər ediləcək. Belə ki, 616-615 saylı Bakı-Mingəçevir ekspress qatarı Bakıya saat 15:02-də deyil, saat 14:53-də, 618-619 saylı Bakı-Astara ekspress qatarı saat 23:30-da deyil, saat 23:20-də çatacaq.

Xəbər lenti

Xəbər lenti