...

Beynəlxalq "Mingəçevir Reqatası 2011"-də Azərbaycanın bütün avarçəkənləri mübarizə aparacaqlar

Cəmiyyət Materials 28 Oktyabr 2011 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Noyabrın 6-da start götürəcək Beynəlxalq "Mingəçevir Reqatası 2011"-də akademik, kayak və kanoe qayıqlarında Azərbaycanın bütün aparıcı avarçəkənləri mübarizə aparacaqlar.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından cümə günü Trend-ə verilən məlumata görə, kanoeçilərin mübarizəsində 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy - Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər. Onlardan Demyanenko və Bezuqlıy - Prokopenko dueti artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Akademik avarçəkənlərin yarışında isə dünya çempionatında lazımi nəticəni göstərərək, London olimpiadasına vəsiqə qazanmış Aleksandr Aleksandrovla Nataliya Mustafayeva, eləcə də yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Boris Yotov bacarığını nümayiş etdirəcək. Rüfət Vəlizadə, Mirnazim Cavadov və Tamerlan Mustafayev kimi gənc və perspektivli kayakçılarımız da beynəlxalq reqatada qüvvələrini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti