...

İslam Dünyasının Mətbuat Birliyi müsəlman KİV-ləri arasında birlik yaradacaq - İran mədəniyyət nazirliyi

Cəmiyyət Materials 28 Oktyabr 2011 23:52 (UTC +04:00)

İran, Tehran, 28 oktyabr / Trend müxbir T.Cəfərov/

İslam Dünyasının Mətbuat Birliyinin yaradılmasından məqsəd ilk növbədə müsəlman ölkələrinin KİV-ləri arasında birlik yaratmaq və əməkdaşlıqlarını artırmaqdır. Trend-in məlumatına görə, bu barədə İranın islami irşad və mədəniyyət nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmmədcəfər Məhəmmədzadə cümə günü Tehrandakı 18-ci Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Sərgisində iştirak edən xarici KİV nümayəndələri ilə keçirdiyi mətbuat konfransında bilririb.

Məhəmmədazadə deyib ki, dünyanın 56 müsəlman ölkəsi var və bir çox ölkələrdə müsəlmanlar yaşayır ki, bu birlik onların inkişafına xidmət edəcək.

Nazir qeyd edib ki, Birlik hər il iclaslar keçirəcək və həmin iclaslarda gələcək perspektiv işlər planlaşdırılıb görüləcək.

Məhəmmədazadənin sözlərinə görə, Birliyin komitələri və işçi qrupları yaradılacaq. Həmin qruplar və komitələr əməkdaşlıq və birliyin inkişafı üçün lazımi proqlamlar hazırlayacaq.

"Birliyin katibliyi yaradılıb ki, bu katiblik bütün müsəlman KIV-lərin əməkdaşlığı üçün zəmin yaradacaq", deyə nazir bildirib.

Birliyin iclasları hər il İranda keçiriləcək. Birliyin internet-saytı da yaradılıb.

Oktyabrın 25-də 18-ci Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Sərgisinin rəsmi açılışı olub.

Trend-in sərgidə iştirak edən əməkdaşının məlumatına görə, oktyabrın 25-dən işinə başlayan sərgi noyabrın 1-dək davam edəcək. Sərgidə dünyanın 46 ölkəsindən 50 KİV iştirak edir. İrandan isə sərgiyə 600 KİV qatılıb.
İranın islami irşad və mədəniyyət naziri Seyid Məhəmməd Hüseyni sərginin ötən illərdəkilərlə müqayisədə fərqliliyindən danışıb. O deyib ki, bu il ilk dəfə olaraq islam dünyasının mətbuat birliyi təşkil olunacaq. Bunun üçün 35 ölkədən KİV rəhbərləri İrana dəvət olunub.

Hüseyni əlavə edib ki, islam ölkələrində mətbuat ölkənin inkişafına, onun güclənməsinə yardım edir.

Xəbər lenti

Xəbər lenti