Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Nazirlər Kabineti "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nı təsdiqləyib.
Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, ixtisasların təsnifatı Təhsil Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırılmış təklifi əsasında qəbul edilib.
Qərarın verilməsində məqsəd "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə "Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 2.2-ci bəndinə əsasən və Azərbaycan Prezidentinin 2007-ci il 3 iyul tarixli 2282 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etməkdir.